İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı

İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı
18.08.2026 15:42 Dünya

İspaniyanın Qranada şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, "20Minutos"un İspaniya Milli Coğrafiya İnstitutuna (IGN) istinadən verdiyi məlumata görə, yeraltı təkan saat 10:37-də Qoxar ərazisində qeydə alınıb.

Zəlzələdən sonra beş afterşok baş verib. Onlardan biri saat 10:53-də Çurriana de la Veqa ərazisində 4,0, digəri isə saat 11:34-də Alhendində 4,2 bal gücündə qeydə alınıb.

Zəlzələ və afterşoklar nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, avqustun 10-da Kolumbiyada baş verən güclü zəlzələnin nəticələri isə daha ağır olub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 289 nəfər ölüb, 4 187 nəfər yaralanıb, 142 nəfər itkin düşüb. 26 945 ev dağılıb, 127 557 evə ziyan dəyib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı — 1
İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı — 2
XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər