İranın iki yüksəkvəzifəli şəxsi Pakistana gedir – SƏFƏRİN SƏBƏBİ
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Seyid Abbas Əraqçi Pakistana səfər edəcəklər.
TodayPress TV xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu barədə avqustun 10-da Tehranda keçirilən mətbuat konfransında məlumat verib.
Bəqainin sözlərinə görə, Qalibaf və Əraqçi Pakistana dəvət olunublar və səfər şərait uyğun olduğu zaman baş tutacaq.
İran rəsmisi Tehran-İslamabad münasibətlərinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, iki ölkə arasında yaxın və inkişaf edən əlaqələrin fonunda qarşılıqlı rəsmi səfərlərin normal olduğunu vurğulayıb.
Bəqai bildirib ki, son 10 gün ərzində İranın bir neçə naziri Pakistana səfər edib.
Türkan isgəndərli