İranın Ali Lideri niyə ictimaiyyət qarşısına çıxmır? - AÇIQLANDI

İranın Ali Lideri niyə ictimaiyyət qarşısına çıxmır? - AÇIQLANDI
12.08.2026 17:46 Dünya

İranın Ali Lideri Müctəba Xameneinin son dövrlərdə ictimaiyyət qarşısında çıxışlardan yayınmasının səbəbi açıqlanıb.

TodayPress TV xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanının müşaviri Məhəmməd Rza Nəğdi PBS-ə müsahibəsində bildirib ki, Xameneinin ictimaiyyətin diqqətindən kənarda qalması təhlükəsizlik məsələləri ilə bağlıdır.

Onun sözlərinə görə, bu addımlar ABŞ-nin beynəlxalq qaydalara və qanunlara əməl etməməsi ilə bağlı narahatlıqlardan irəli gəlir.

Müctəba Xamenei martın əvvəlində atası Əli Xameneinin fevralın 28-də öldürülməsindən sonra İranın Ali Lideri olub. Əli Xameneinin dəfn mərasimi təhlükəsizlik səbəbilə təxirə salınaraq iyulun 9-da Məşhəddə keçirilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər