İran qonşu ölkələri açıq şəkildə HƏDƏLƏDİ
İran rəhbərliyindən regional uçuş məhdudiyyətləri ilə bağlı sərt açıqlama verilib.
TodayPress TV-nin məlumatına görə, bu barədə İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Müxbir “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, İran hava məkanı və hava limanı xidmətlərindən istifadə edə bilmədiyi təqdirdə, regiondakı digər ölkələrin də bu imkanlardan yararlanmasına imkan verilməyəcək.
“Əgər İran uçuş və hava limanı xidmətlərindən istifadə edə bilməyəcəksə, regionda heç bir ölkə də bu imkana malik olmayacaq”, – deyə Müxbir bildirib.
Açıqlama regionda hava nəqliyyatı ilə bağlı məhdudiyyətlərin fonunda səsləndirilib.
Kübra Musayeva