İran İsrailin Nablusdakı hərbi obyektlərini vurdu - VİDEO

İran İsrailin Nablusdakı hərbi obyektlərini vurdu - VİDEO
08.06.2026 08:34 Dünya

İran tərəfindən İsrail istiqamətində raket hücumları başladılıb. İsrail ordusu hücumu təsdiqləyib və ölkənin hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, raketlərdən biri Nablus yaxınlığında yerləşən hərbi obyektə düşüb.

Hadisənin nəticələri və mümkün zərərlər barədə hələlik rəsmi məlumat yoxdur.

İsrail tərəfi əhalini sığınacaqlarda qalmağa çağırıb, regionda hava hücumu siqnalları verilib. İran tərəfi isə bu hücumlar barədə hələlik açıqlama verməyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər