İran: ABŞ-nin pilot xilasetmə əməliyyatı uğursuz olub
İran tərəfi ABŞ-nin vurulan F-15E qırıcı təyyarəsinin pilotunu xilas etmək cəhdinin uğursuz olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari deyib.
Onun sözlərinə görə, əməliyyat zamanı ABŞ iki helikopter və bir təyyarə itirib. Sözçü əlavə edib ki, ABŞ hərbçiləri bu cür əməliyyatlarda əsasən "C-130 Hercules" təyyarələrindən istifadə edir.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın verdiyi məlumatla ziddiyyət təşkil edir. Tramp daha əvvəl bildirmişdi ki, hər iki pilot xilas edilib və əməliyyat zamanı itki olmayıb.
Türkan İsgəndərli