İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı

İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı
19.08.2026 13:36 Dünya

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində təxminən 40 min insan evsiz qalıb.

TodayPress TV xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 70-ə çatıb, 1182 nəfər yaralanıb.

Zəlzələdən ən çox zərər çəkən ərazilərdə 11 925 ev, 663 təhsil müəssisəsi, 184 dövlət binası, 182 tibb müəssisəsi və 173 dini məkan dağılıb və ya zədələnib. Bir sıra yollar və körpülərə də ciddi ziyan dəyib.

Xilasetmə xidmətləri hazırda itkin düşən şəxslərin axtarışını davam etdirir. Zərərçəkən ərazilərdə elektrik enerjisinin verilişi isə demək olar ki, tam bərpa olunub.

Qeyd edək ki, avqustun 15-də İndoneziyanın Şərqi Nusa Tenqara əyalətində 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra ölkənin bir neçə bölgəsində hündürlüyü bir metrdən az olan sunami dalğaları da qeydə alınıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər