“Qarabağ”ın Avropa hədəfi bəlli oldu: əsas mərhələyə vəsiqə!

“Qarabağ”ın Avropa hədəfi bəlli oldu: əsas mərhələyə vəsiqə!
19.08.2026 12:28 İdman

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçiriləcək ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, təcrübəli mütəxəssis komandanın çətin dönəmdən keçdiyini bildirib və qarşıdakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını qeyd edib.

“Çox vacib səfərə çıxırıq. Köhnə və tanış komandadır. İlk xoş xatirələrimiz də həmin stadionla bağlıdır. İnanıram ki, futbolçular qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq istəyirik”, – deyə Qurbanov bildirib.

Baş məşqçi “Tvente” ilə oyun öncəsi heyətdəki itkilərə də toxunub.

“Abdullah Zubir kimi komandadan ayrılan və Elvin Cəfərquliyev kimi zədələnən futbolçuların meydanda bir-birini tamamlaması bizim kimi komandalar üçün vacibdir. Hər ikisini ‘Tvente’ ilə matçda başqa futbolçular əvəzləyəcək. Renaldo Sefasın tam hazır olub-olmayacağını isə oyun günü biləcəyik.

Bütün bunlara baxmayaraq, Niderlandda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə Qurban Qurbanov vurğulayıb.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər