Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı

Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı
19.08.2026 12:49 İdman

Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü 1/4 final mərhələsində Slovakiya təmsilçisi Kristian Haraşiki ilə üz-üzə gəlib.

Baxışov rəqibini 4:1 hesabı ilə məğlub edərək adını turnirin yarımfinalına yazdırıb.

Bu qələbə ilə Əli Baxışov ən azı Avropa çempionatının bürünc medalını təmin edib.

Boksçumuz avqustun 20-də finala yüksəlmək uğrunda keçiriləcək görüşdə Türkiyə təmsilçisi Furkan Avarla qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər