Hörmüzdə HƏYƏCAN: Cənubi Koreya gəmisində partlayış baş verdi

Dünya

04.05.2026 20:00

Hörmüz boğazında yerləşən Cənubi Koreyanın “HMM” şirkətinə məxsus gəmidə partlayış baş verib, ardınca yanğın qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Renhap” xəbər agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik bildirib ki, hökumət hadisə ilə bağlı müvafiq ölkələrlə əlaqə saxlamağa davam edəcək və Hörmüz boğazında Cənubi Koreya gəmilərinin, heyət üzvlərinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görəcək.

Agentliyin məlumatına görə, hadisə zamanı Panama bayrağı altında üzən gəmi BƏƏ yaxınlığındakı sularda lövbər salıb. Gəmidə altı Cənubi Koreya vətəndaşı və 18 digər ölkənin vətəndaşı olub. Xəsarət alanlar barədə məlumat yoxdur.

Hazırda Seul partlayışın səbəbini və dəyən ziyanın miqyasını araşdırır.

TodayPress TV

tag: Hörmüz,Koreya,Partlayış,TodayPress TV,