Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda zəlzələ baş verdi
13.08.2025 11:18 Dünya

Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, bu gün yerli vaxtla saat 10:08-də ölkənin şərqində, Kvemo Kartli bölgəsində, Tsalkadan 3 km, Tbilisidən isə 37 km məsafədə 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib, episentri isə Kvemo Xaraba kəndindən cəmi 1 km uzaqda olub.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər