Gürcüstan bu yerlərdə doğulan Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırır

Gürcüstan bu yerlərdə doğulan Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırır
31.12.2025 05:34 Dünya

Gürcüstan doğum yerlərinə görə rusların ölkəyə girişinə icazə verməməyə başlayıb.

TodayPress TV  xəbər verir ki, son zamanlar pasportlarında doğum yerləri Ukrayna SSR, Abxaziya MSSR, Cənubi Osetiya, Krım, "DXR", "LXR" və Zaporojye və Xerson vilayətləri qeyd olunan Rusiya vətəndaşlarının Gürcüstana girişinə icazə verilməyənlərin sayında artım müşahidə olunub.

Rusiya Xarici İşlər Nazirliyi artıq məlumata cavab olaraq Gürcüstana səfər etməyi planlaşdıran vətəndaşlarına "bütün şəraiti və mümkün riskləri diqqətlə qiymətləndirməyi" tövsiyə edib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər