Gəmidə dəhşətli yanğın: 4 dənizçi yoxa çıxdı - VİDEO

Gəmidə dəhşətli yanğın: 4 dənizçi yoxa çıxdı - VİDEO
25.09.2026 21:51 Dünya

Kamçatka sahillərində balıqçı gəmisində baş verən yanğın nəticəsində 4 nəfər itkin düşüb.

TodayPress TV xəbər verir ki, Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb. Yanğın zamanı gəmidə 29 heyət üzvünün olduğu bildirilib.

Təxliyə edilən dənizçilər sallarla gəmini tərk ediblər. Hadisə yerindən keçən başqa bir gəmi 25 nəfəri xilas edib.

Hazırda itkin düşən 4 heyət üzvünün axtarışı davam etdirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər