Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi

Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi
19.06.2026 20:55 Dünya

Türkiyədə İYİ Partiyanın Mersin millət vəkili Burhanettin Kocamaz telefonla özünü polis kimi təqdim edən fırıldaqçıların qurbanı olub. 

TodayPress TV xəbər verir ki, hadisə nəticəsində ona məxsus böyük məbləğdə pul və qiymətli əşyalar ələ keçirilib.

Məlumata görə, 14 iyunda Kocamaz ilə əlaqə saxlayan şəxs özünü “Mersin Terrorla Mübarizə Şöbəsinin (TEM) müdiri” kimi təqdim edib. Saxta polis millət vəkilinə FETÖ-yə qarşı aparılan əməliyyat zamanı onun kimlik məlumatlarının ələ keçirildiyini, istintaqa yardım üçün isə pul və qızılların yoxlanılmaq məqsədilə təhvil verilməli olduğunu deyib.

Aldadılan Kocamaz 16 iyunda göstərilən bank hesabına 2 milyon 375 min lirə köçürüb. Daha sonra təxminən 10 kiloqram qızıl və ziynət əşyası, 68 min dollar və 1900 avronu Ankara – Başkənt Universiteti yaxınlığında əlbəəl təhvil verib.

Sonradan vəziyyətdən şübhələnən millət vəkili Ankara Polis İdarəsinə müraciət edib. Araşdırma nəticəsində şübhəli İstanbulda taksidə qızıl və pullarla birlikdə saxlanılıb.

Kocamaz ifadəsində bildirib ki, onu inandırmaq üçün “əməliyyat”, “laboratoriya yoxlaması” və “FETÖ bağlantısı” kimi saxta iddialardan istifadə olunub.

Xanım Musayeva

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər