Estoniyada hərbi xidmət müddəti 12 aya qədər uzadılır

Dünya

18.12.2025 16:39

Estoniya hökuməti bütün çağırışçılar üçün məcburi hərbi xidmət müddətinin 12 aya qədər uzadılmasını təsdiqləyib. İndiyə qədər gənclər ixtisaslarından asılı olaraq 8 və ya 11 ay xidmət edirdilər.

TodayPress TV xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2027-ci ildən etibarən hər il 4100-ə qədər gənc hərbi xidmətə çağırılacaq. Çağırış prosesi isə ildə iki dəfə həyata keçiriləcək.

Qərarın əsaslandırılmasında təlimlərin həcmi və texniki mürəkkəbliyinin artması, müasir silah sistemlərinin tətbiqi, eləcə də Müdafiə Qüvvələri üçün kifayət qədər hazırlıqlı ehtiyat qüvvələrinin formalaşdırılması və dəyişən təhlükəsizlik vəziyyəti göstərilir.

Yeni sistemə əsasən, xidmət altı aylıq intensiv təlim mərhələsindən və ardınca altı aylıq praktiki xidmətdən ibarət olacaq.

Məlumata görə, 2027-ci ildə xidmət müddətinin uzadılması ilə bağlı birbaşa xərclərin təxminən 31 milyon avro olacağı gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Estoniya,Hərbi xidmət,Sistem,Müdafiə,Todaypress.tv,