Ermənistanın Azərbaycanla bağlı YENİ PLANLARI: Türkiyə də daxildir

Ermənistanın Azərbaycanla bağlı YENİ PLANLARI: Türkiyə də daxildir
25.09.2026 19:10 Dünya

Ermənistan Azərbaycandan və İrandan qaz almaq ehtimalını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Simonyan bildirib ki, imkan yaranacağı və məsələ müzakirə olunacağı təqdirdə Ermənistan həm Azərbaycandan, həm də İrandan qaz ala bilər.

Onun sözlərinə görə, Ermənistan enerji təchizatını şaxələndirmək üçün müxtəlif ölkələrlə müzakirələr aparır.

“Biz elektrik enerjisinə keçəcəyik, bütün ölkələrdən qaz alacağıq, atom energetikasını gücləndirəcəyik, günəş enerjisi sistemini inkişaf etdirəcəyik, bütün ölkələrlə ticarət edəcəyik. Yaxın gələcəkdə Türkiyə ilə sərhədi açacağıq, Azərbaycanla yekun diplomatik münasibətlər quracağıq. Region ölkələri arasında iqtisadi və siyasi sahələrdə sülh və əməkdaşlıq olacaq. Azərbaycanla bütün mümkün ərazilərdə delimitasiya və demarkasiya prosesini başa çatdıracağıq”, – Simonyan bildirib.

Ermənistan rəsmisi əlavə edib ki, ölkəsində hazırda sülh və demokratik hökumət var.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər