Əfqanıstandan ABŞ-yə təklif: Sanksiyalara görə mineral sərvətlərini açmağa hazırdır

Əfqanıstandan ABŞ-yə təklif: Sanksiyalara görə mineral sərvətlərini açmağa hazırdır
31.08.2026 15:48 Dünya

Əfqanıstan ABŞ ilə münasibətlərin yaxşılaşdırılması və ölkəyə qarşı sanksiyaların aradan qaldırılması üçün amerikalı şirkətlərin ölkənin zəngin mineral ehtiyatlarına çıxış əldə etməsini təklif edib.

TodayPress TV xəbər verir ki, “Financial Times”ın Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəkiyə istinadən yaydığı məlumata görə, Kabul ABŞ-nin mineral hasilatı, infrastruktur, kənd təsərrüfatı və ticarət sahələrinə investisiyalarını alqışlayır.

Muttəki bildirib ki, Əfqanıstanla ABŞ arasındakı münasibətlər son 20 ildəki müharibə ilə deyil, gələcək əməkdaşlıq imkanları ilə müəyyənləşməlidir.

Nazirin sözlərinə görə, Əfqanıstanın iqtisadi siyasəti xarici investisiyalar üçün açıqdır.

Araşdırmalar ölkənin təxminən 1 trilyon dollar dəyərində mineral ehtiyatlara malik olduğunu göstərir. Bu ehtiyatlar arasında mis, dəmir, niobium, kobalt, qızıl və litium yataqları da var.

Muttəki mineral hasilatına investisiya təklifinin birbaşa ABŞ administrasiyasına çatdırılıb-çatdırılmadığını açıqlamayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər