“Yuventus”da böyük transfer hazırlığı: hədəf “Nyukasl”ın hücumçusudur
Turinin “Yuventus” klubu “Nyukasl”ın hücumçusu Nik Voltemadeni icarəyə götürmək variantını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilir ki, İtaliya təmsilçisi almaniyalı forvardın mümkün transferi ilə bağlı “Nyukasl”la əlaqə saxlayıb. Voltemade hücum xəttinin gücləndirilməsi üçün namizədlərdən biri hesab olunur.
“Yuventus” xüsusilə Conatan Devidin komandadan ayrılacağı təqdirdə Voltemadeni mümkün alternativ kimi nəzərdən keçirir. “Qoca sinyora” eyni zamanda “Mançester Yunayted”in futbolçusu Coşua Zirkzee ilə də maraqlanır.
Qeyd edək ki, Voltemade ötən mövsüm “Nyukasl”ın heyətində 51 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında futbolçunun bazar dəyərini 55 milyon avro qiymətləndirilir.
Namiq HUN