NHL ulduzundan Rusiya və ABŞ müqayisəsi: “Mentalitetlər fərqlidir”
“New York Rangers” klubunun müdafiəçisi Vladislav Qavrikov Rusiya ilə ABŞ arasındakı əsas fərqin nədən ibarət olduğu barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Çempionat” nəşrinə danışıb.
Yeddi ildir ABŞ-da yaşayan Qavrikov ölkələr arasındakı fərqlərdən danışarkən insanların mentalitetinə diqqət çəkib.
“Çox şey fərqli şəkildə qurulub. Konkret bir məqamı qeyd etsəm, insanlar arasındakı fərqi vurğulamaq istərdim. Rus və amerikalıların mentalitetləri fərqlidir. Çünki hamı müxtəlif şəraitdə, fərqli mədəniyyətlərdə böyüyüb və müxtəlif tərbiyə alıb. Mənim diqqətimi çəkən fərqlərdən biri də budur.
Amma hamımızın fərqli olması yaxşıdır. Biz ortaq dil tapa bilərik. Kim olmağınızdan asılı olmayaraq – rus və ya amerikalı – hər zaman dostlar tapmaq və yaxşı ünsiyyət qurmaq mümkündür. Bunun öz üstünlüyü var”, – deyə Qavrikov bildirib.
Namiq HUN