Putin və Si Cinpin yenidən bir arada

Putin və Si Cinpin yenidən bir arada
31.08.2026 16:33 Dünya

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşüblər.

TodayPress TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putinin sözlərinə görə, görüş zamanı Rusiya ilə Çin arasında bütün sahələrdə uğurla inkişaf edən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bu, Rusiya və Çin liderləri arasında cari ildə ikinci şəxsi görüşdür. Putin və Si Cinpin daha əvvəl may ayında, Rusiya prezidentinin Çinə iki günlük rəsmi səfəri zamanı bir araya gəliblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər