Luis Enrikenin “Roma” transferində gözlənilməz dönüş
Tanınmış insayder Fabrizio Romano Sankt-Peterburqun “Zenit” klubunda çıxış edən cinah hücumçusu Luis Enrike ilə “Roma”nın marağı barədə məlumat yayıb.
TodayPress TV mənbəyə istinadən xəbər verir ki, tərəflər arasında şifahi razılaşma əldə olunsa da, braziliyalı futbolçunun İtaliya təmsilçisinə keçidi hazırda irəliləmir.
Bildirilir ki, “Roma” bu mərhələdə digər transfer hədəflərinə üstünlük verir.
Qeyd edək ki, Luis Enrike cari mövsümdə “Zenit”in heyətində bütün turnirlərdə 6 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
25 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir. “Transfermarkt” portalında Luis Enrikenin bazar dəyəri 24 milyon avro qiymətləndirilir.
Namiq HUN