Dağıstanda 50 min nəfərin içdiyi suda bakteriya tapıldı
Dağıstanda içməli su mənbəyində bağırsaq çöpü bakteriyası aşkarlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə yerli administrasiyanın “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, bakteriya Qarabudaxkənd rayonundakı “Bekenəz” bulağında aşkar olunub. Bu mənbə 50 mindən çox insanı içməli su ilə təmin edir.
Rəsmilər vətəndaşlara aşağıdakı qaydalara əməl etməyi tövsiyə edib:
— yalnız qaynadılmış və ya qablaşdırılmış su içmək
— qidaları yalnız qaynadıldıqdan sonra istifadə etmək
Qeyd olunub ki, “Bekenəz” Avropanın ən böyük içməli su bulaqlarından biridir.
Qiymət Mahir