Braziliyada təyyarə yaşayış binasına çırpıldı
Braziliyanın cənubunda kiçik bir təyyarə yaşayış binasına çırpılıb və nəticədə üç nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə "CCTV" televiziyası məlumat yayıb.
Məlumata görə, təyyarənin pilotu və daha iki nəfər həlak olub.
Təyyarədə olan dördüncü şəxsin cəsədi isə hələ ki, tapılmayıb.