BƏƏ XİN: Ukrayna üzrə danışıqlar tərəflərin ciddi niyyətini göstərdi
“Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin ikinci raund görüşləri Ukrayna böhranının diplomatik həlli istiqamətində ciddi niyyətləri əks etdirir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zayd Əl Nəhyan bildirib.
Nazir əlavə edib ki, BƏƏ Rusiya və Ukrayna nümayəndə heyətlərinin konstruktiv iştirakına görə təşəkkür edir.
Onun sözlərinə görə, Abu-Dabidə aparılan danışıqlar sülh prosesinin daha da irəliləməsi üçün əsas yaradıb və humanitar problemlərin həllinə töhfə verə bilər.
Aysel Mətləb