Avropa "qovrulur" - Həyat iflic oldu

Avropa "qovrulur" - Həyat iflic oldu
07.08.2026 17:28 Dünya

Avropanın bir sıra ölkələrində müşahidə olunan güclü istilər temperatur rekordlarının yenilənməsinə səbəb olub.

TodayPress TV xəbər verir ki, Slovakiyada temperatur 42 dərəcəyə yaxınlaşıb. Avstriya və Macarıstanda isə temperatur 41 dərəcəni keçib. Güclü istilər fonunda regionda quraqlıq və su çatışmazlığı da dərinləşib.

Polşada çaylarda suyun səviyyəsinin kəskin azalması nəticəsində Kozienice və Polaniec şəhərlərindəki kömürlə işləyən elektrik stansiyalarının fəaliyyəti dayandırılıb. Bu, ölkənin enerji istehsalına da təsir göstərib.

Almaniyada isə isti hava dalğalarının yaratdığı fəsadlar insan tələfatı ilə nəticələnib. Məlumata görə, ölkədə bu yay istilərlə əlaqəli təxminən 11 900 ölüm halı qeydə alınıb.

Avropanın digər ölkələrində də yüksək temperatur, quraqlıq və meşə yanğınları ciddi problemlər yaradır. Mütəxəssislər ekstremal istilərin enerji və su sistemlərinə təzyiqi artırdığını bildirirlər.

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər