Avropa Birliyi "SEPAH"ı terror təşkilatı kimi tanıyacaq

Avropa Birliyi "SEPAH"ı terror təşkilatı kimi tanıyacaq
29.01.2026 12:44 Dünya

Avropa Birliyinin bütün üzv dövlətləri İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq barədə razılığa gəliblər.

TodayPress TV  xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro öz "X" səhifəsində yazıb.

"Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa Birliyinin terrorçu təşkilatlar siyahısına daxil edilməsini dəstəkləyəcək. İran xalqının dinc üsyanının dözülməz şəkildə repressiyası cavabsız qala bilməz. Onlara qarşı törədilən zorakılıq qarşısında göstərdikləri fövqəladə cəsarət əbəs yerə ola bilməz", - o bildirib.

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər