Alimlərdən xəbərdarlıq: Günəşdə aktivlik artacaq

Alimlərdən xəbərdarlıq: Günəşdə aktivlik artacaq
01.02.2026 19:47 Dünya

Fevralın 1-də Günəşdə ən yüksək sinfə aid edilən "X" səviyyəli güclü alışma qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlər bildiriblər ki, yaxın gələcəkdə yeni irimiqyaslı kosmik hadisələrin baş vermə ehtimalı yüksəkdir. Mütəxəssislərin sözlərinə görə, baş vermiş alışmadan sonra kütlə atılması əlamətləri qeydə alınsa da, bu konkret hadisənin Yer kürəsinə təsir ehtimalı minimaldır.

Lakin laboratoriya qarşıdakı günlər üçün xəbərdarlıq edib: "Partlayış mərkəzi fevralın 3-ü, çərşənbə axşamından fevralın 7-si, şənbə gününə qədər Yerə birbaşa təsir zonasında olacaq".

Bu dövrdə Günəşdəki aktivliyin Yerə təsirinin artacağı ehtimal edilir.

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər