Ali Rada: Danışıqların ikinci turu baş tuta bilər

Ali Rada: Danışıqların ikinci turu baş tuta bilər
16.05.2025 17:22 Dünya

Ukrayna Ali Radasının deputatı Aleksiy Qonçarenko etiraf edib ki, İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar ikinci raund üçün davam etdiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə o, öz "Telegram" kanalında yazıb.

"Nümayəndə heyətləri hələ heç yerə getməyib. Hamı yerindədir. İkinci tur ola bilər" Qonçarenko bildirib.

Qeyd edək ki, iki saatlıq müzakirələrdən sonra İstanbulda danışıqların iştirakçıları fasilə üçün otağı tərk ediblər. "TASS" agentliyi yazıb ki, Rusiya və Ukrayna nümayəndə heyətləri hələlik danışıqların davam etdirilməsi ilə bağlı qərar qəbul etməyiblər.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər