Ağ Ev Konqresdən 1,5 trilyon dollar vəsait istədi
Ağ Ev 2027-ci maliyyə ili üçün Konqresdən rekord həcmdə – 1,5 trilyon dollarlıq hərbi büdcə ayrılması barədə müraciət edib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Pentaqon aprelin 21-də ətraflı büdcə təklifini dərc edəcək.
“2027-ci maliyyə ili üçün büdcədə 1,15 trilyon dollarlıq könüllü xərclər (28% artım) və 350 milyard dollarlıq məcburi xərclər təklif olunur. Bu isə müdafiə üçün nəzərdə tutulan ümumi vəsaitin 1,5 trilyon dollara çatdırılması deməkdir (Müharibə Nazirliyi üçün 44%-lik artım).”,- Ağ Evin açıqlamasında bildirilib.
Jalə Rövşən