ABŞ yenidən İrana zərbə endirdi – Hörmüz boğazında vəziyyət gərginləşir

ABŞ yenidən İrana zərbə endirdi – Hörmüz boğazında vəziyyət gərginləşir
13.07.2026 08:10 Dünya

ABŞ ordusu İranın bir neçə bölgəsində yeni hava zərbələri həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı onlarla hərbi hədəf dəqiq idarə olunan sursatlarla vurulub. Zərbələrin məqsədinin İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə təhlükə yaratmaq imkanlarını zəiflətmək olduğu qeyd edilib.

Məlumata görə, əməliyyatda qırıcı təyyarələr, hərbi gəmilər və pilotsuz uçuş aparatlarından istifadə olunub. Vurulan hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil radarları və hərbi qayıqlar da var.

Bundan əvvəl ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində buraxıldığı bildirilən İranın bir qanadlı raketini və pilotsuz uçuş aparatını məhv etdiklərini açıqlamışdılar.

Eyni zamanda, İranın dövlət televiziyası "IRIB" Qəşm adasında bir neçə partlayış baş verdiyini xəbər verib. Hadisənin səbəbi və nəticələri barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Xatırladaq ki, ABŞ və İran iyunun 17-də hərbi əməliyyatların dayandırılması ilə bağlı müvəqqəti memorandum imzalamışdı. Lakin iyulun 8-də gərginliyin yenidən artmasından sonra Ağ Ev atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər