ABŞ-nin yeni hədəfi bəlli oldu – Rubiodan kritik açıqlama

Dünya

06.05.2026 01:35

ABŞ gələcəkdə Kuba məsələsi ilə məşğul olmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Rubio vurğulayıb ki, Kubanın iqtisadi modeli işləmir, rəhbərlikdə duranlar isə vəziyyəti düzəldə bilmirlər.

"Sahillərimizdən 90 mil məsafədə iflasa uğramış bir dövlət yerləşir ki, bura həm də bəzi rəqiblərimiz üçün dost əraziyə çevrilib. Bu, qəbuledilməz status-kvodur və biz bununla məşğul olacağıq, lakin bugün deyil", - deyə Rubio qeyd edib.

Aysel Mətləb

TodayPress TV

tag: Rubio,Kuba,ABŞ,TodayPress TV,