ABŞ-də nümayişçilər miqrasiya xidmətinə qarşı çıxdı

ABŞ-də nümayişçilər miqrasiya xidmətinə qarşı çıxdı
31.01.2026 23:55 Dünya

ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

"ICE - rədd ol!" – şüarının səsləndirildiyi qeyd olunub.

Qəzetin məlumatına əsasən, 30 yanvarda etiraz dalğası Minneapolis, Vaşinqton, Nyu-York və digər ABŞ şəhərlərini bürüyüb. Minlərlə nümayişçi həmin gün işə və təhsilə getməyib, bəzi müəssisələr isə müvəqqəti olaraq bağlanıb.

Federal orqanların əməkdaşlarının etirazçılara qarşı iki dəfə, 7 və 24 yanvarda xidməti silahdan istifadə edərək atəş açmasından sonra etirazlar təkrarlanıb. Hadisələrin təfərrüatları araşdırılır. Ağ Ev hər iki halda baş verənlərdə nümayişçiləri günahlandırır.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər