İran şəhərlərində ardıcıl partlayış səsləri eşidilir: Ölənlər var

İran şəhərlərində ardıcıl partlayış səsləri eşidilir: Ölənlər var
14.07.2026 14:45 Dünya

ABŞ-nin İranın cənubundakı Buşehr və Bəndər Abbas şəhərlərinə yeni zərbələr endirdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Buşehrdə yerləşən hərbi bazalardan biri hədəfə alınıb. Bildirilir ki, sözügedən obyekt daha əvvəl də bombardmana məruz qalıb və bərpa işləri aparıldığı vaxt yenidən vurulub.

Agentliyin məlumatına görə, Bəndər Abbas şəhərində də ardıcıl partlayış səsləri eşidilib. ABŞ-nin gündüz saatlarında hücuma başlamasının gözlənilməz olduğu qeyd edilir.

Həmçinin Hərmuzqan vilayətini hədəf alan hücumda üç mülki şəxs həlak olub.

Xatırladaq ki, ABŞ ordusu ötən gün axşam saatlarında da Bəndər Abbas şəhərinə zərbələr endirmişdi.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər