1 milyon fələstinli Qəzzadan Liviyaya köçürüləcək

1 milyon fələstinli Qəzzadan Liviyaya köçürüləcək
17.05.2025 09:47 Dünya

ABŞ prezidenti Donald Trampın administrasiyası bir milyon fələstinlinin Qəzza zolağından Liviyaya köçürülməsi planı hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "NBC" öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr Vaşinqtonun fələstinliləri qəbul etməyə razılıq verəcəyi təqdirdə Liviyanın əvvəllər dondurulmuş aktivlərini açacağını vəd etdiyini bildirib.

Qərar hələ ki, verilməyib, çünki onun icrası problemlərlə üzləşə bilər. Xüsusilə də nə qədər qəzzalının könüllü olaraq Liviyaya gedəcəyi məlum deyil.

Töhfə Səməd

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər