Milli Məclisin 2026-cı il yaz sessiyası başa çatdı

Milli Məclisin 2026-cı il yaz sessiyası başa çatdı
26.05.2026 14:10 Daxili siyasət

Milli Məclisin 2026-cı il yaz sessiyası başa çatıb.

TodayPress TV xəbər verir ki, sessiyaya parlamentin bu gün keçirilən plenar iclasında yekun vurulub.

Spiker Sahibə Qafarova sessiyanın yekunları haqqında məlumat verib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, 2026-cı ilin yaz sessiyası ərzində Milli Məclisin 15 iclası keçirilib, 57 qanun, 19 qərar qəbul edilib. O qeyd edib ki, Milli məclis sessiya ərzində nəzərdə tutulan işləri tam həyata keçirib.

İclasda Dövlət Himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər