Hava limanlarının idarə edilməsi qaydası təsdiq edildi
"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası" təsdiq edilib.
TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Sənəddə vurğulanıb ki, hava limanlarının tikintisi və yenidən qurulması dövlət büdcəsinin vəsaiti, hava limanı istismarçısının vəsaiti, kredit və qrantlar, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilə bilər.
Həmçinin qeyd olunub ki, mülki hava limanları Mülki Məcəllə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna və həmin qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq özəl tərəfdaşa (sahibkarlıq subyektinə) idarəetməyə verilə bilər.