Ali Məhkəməyə yeni hakimlərin təyinatı təsdiqləndi

Ali Məhkəməyə yeni hakimlərin təyinatı təsdiqləndi
26.05.2026 13:20 Daxili siyasət

Milli Məclis Ali Məhkəməyə yeni hakimlərin təyin edilməsini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilir.

Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilir.

Sənəd müzakirədən sonra səsverməyə qoyularaq qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər