Bakıda NATO-nun təlim kursu keçirilir - FOTOLAR
Bakıda Azərbaycan və NATO arasında “Sülh
Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət
Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə
təliminin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, tədbirdə Azərbaycan Ordusunun və tərəfdaş ölkələrin bir qrup hərbi qulluqçusu iştirak edib.
Bildirilib ki, təlim zamanı iştirakçılara NATO
standartlarına uyğun olaraq, sülhməramlı əməliyyat ssenarisi əsasında təlimlərin
Hərbi Qərar Qəbuletmə Prosesi çərçivəsində planlaşdırılması və icrası üzrə məşğələlər
keçiriləcək.
Qeyd olunub ki, bu cür təlimlər sülhməramlı əməliyyatlara
hazırlıq səviyyəsinin artırılması və qarşılıqlı əlaqənin gücləndirilməsi, o
cümlədən təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr
Birliyinə bəyan edilmiş sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli
özünü qiymətləndirmə təlimi çərçivəsində silahlanmada olan texnika, təchizat və
digər avadanlıqlara baxış keçirilməsi, sülhməramlı əməliyyatlar zamanı taktiki
tapşırıqların icrası üzrə bacarıqların qiymətləndirilməsi nəzərdə tutulub.