Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
24.07.2026 15:40 Cəmiyyət

Azərbaycanın bəzi rayonlarında iyulun 25-26-da külək güclənəcək.

TodayPress TV Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər