Bakı metrosunda interval bir daha azaldıldı

Bakı metrosunda interval bir daha azaldıldı
03.04.2026 14:42 Cəmiyyət

Pik vaxtlarda xətlərdə daha çox qatar hərəkət edəcək − günorta saatlarında da qatar sayı artırıldı.

TodayPress TV xəbər verir ki, AZCON Holding şirkətlərindən olan Bakı Metropolitenində qatarların hərəkət qrafikinin optimallaşdırılması istiqamətində növbəti yenilik tətbiq edilib.

Sərnişindaşıma ilə bağlı son statistik göstəricilər metropolitendə sərnişin sayının artdığını göstərir. Belə ki, fevral ayının statistik nəticələri son 5 ilin eyni dövrü ilə müqayisədə yüksək olub və bu artım intervalların azaldılması istiqamətində həyata keçirilən tədbirlərin sərnişin etimadını daha da gücləndirdiyini göstərir.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında pik saatlarda qatarların sayı saatda 32 cütə çatdırılaraq intervallar 1 dəqiqə 52 saniyəyədək azaldılmışdı. Sentyabrın 15-də bu göstərici saatda 34 cüt olmaqla, interval 1 dəqiqə 45 saniyəyə endirildi, dekabr ayında isə qatar cütlərinin sayı 35-ə çatdırıldı.

Texniki sistemlərdə həyata keçirilən yeniliklər və rəqəmsal idarəetmələrin imkanları sayəsində artıq cari ilin mart ayından günün pik vaxtlarında “28 May–Əhmədli” sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edir. 

Günorta saatlarında sərnişin axını nəzərə alınaraq, saat 12:30–14:30 və 16:00–17:00 aralıqlarında interval 30 saniyə azaldılaraq, “28 May–Əhmədli” sahəsində 2 dəqiqlik hərəkət qrafiki tətbiq olunur. 

Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00–09:00 aralığında “Koroğlu”, 13:00–14:00 aralığında “28 May”, “Gənclik” və “Elmlər Akademiyası”, 18:00–19:00 aralığında isə “Elmlər Akademiyası” və “28 May” stansiyalarına qədər xəttə sərnişinsiz qatarlar verilir. 

Bir qatarın təxminən 1600 sərnişin tutumunu nəzərə alsaq, bu tədbir həmin vaxtlarda sərnişin sayının daha çox müşahidə olunduğu stansiyalarda sıxlığın tənzimlənməsinə müsbət təsir göstərir.

Edilən bütün dəyişikliklər dayanıqlı şəhər nəqliyyatı sisteminin inkişafı və idarəetmədə rəqəmsal həllərin geniş tətbiqi istiqamətində görülən tədbirlərin tərkib hissəsidir. Bununla da xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mövcud infrastruktur şəraitində qatarların hərəkəti üçün ən optimal qrafik tətbiq olunur.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Bütün Xəbərlər