TodayPress TV-nin əməkdaşının da yer aldığı komanda FIBONACCI intellektual yarışında I yeri qazandı - FOTOLAR

TodayPress TV-nin əməkdaşının da yer aldığı komanda FIBONACCI intellektual yarışında I yeri qazandı - FOTOLAR
18.07.2026 15:37 Cəmiyyət

Azərbaycan Hava Yollarının (AZAL) təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş FIBONACCI intellektual yarışı keçirilib.

TodayPress TV xəbər verir ki, iyulun 18-də Dreamland Event Hall-da baş tutan yarışda ölkənin müxtəlif media qurumlarını təmsil edən jurnalistlər komanda formatında mübarizə aparıblar. 

İştirakçılar müxtəlif sahələrlə bağlı suallar üzrə biliklərini sınayıblar.

Maraqlı mübarizə şəraitində keçən yarışın yekununda “Boeing” komandası I yerə layiq görülüb. Qalib komandanın tərkibində TodayPress TV-nin əməkdaşı Qiymət Mahir (Məmmədova) də yer alıb.

I yerin sahiblərinin hər birinə “AZAL Miles” proqramı çərçivəsində 10.000 mil hədiyyə edilib. 

Eyni zamanda II yer qazananlara 7000, III yerin sahiblərinə isə 5000 “miles” hədiyyə edilib.

Qeyd edək ki, FIBONACCI intellektual yarışı Milli Mətbuat Günü münasibətilə media nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də onların bilik və bacarıqlarının təşviqi məqsədilə təşkil olunub.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və intellektual yarış media nümayəndələri arasında dostluq və həmrəylik mühitinin formalaşmasına töhfə verib.

TodayPress TV

FOTOLAR

TodayPress TV-nin əməkdaşının da yer aldığı komanda FIBONACCI intellektual yarışında I yeri qazandı - FOTOLAR — 1
TodayPress TV-nin əməkdaşının da yer aldığı komanda FIBONACCI intellektual yarışında I yeri qazandı - FOTOLAR — 2
TodayPress TV-nin əməkdaşının da yer aldığı komanda FIBONACCI intellektual yarışında I yeri qazandı - FOTOLAR — 3
XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər