Azərbaycanda Məhərrəm ayı bu tarixdə başa çatacaq
Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayıb və hicri-qəməri təqviminə uyğun olaraq iyulun 14-də başa çatacaq.
TodayPress TV "Bakupost"-a istinadən xəbər verir ki, Məhərrəm İslam təqviminin ilk ayı olmaqla yanaşı, müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır.
İyulun 14-də Məhərrəm ayının başa çatması ilə hicri təqvimin ikinci ayı olan Səfər ayı başlayacaq.