AQC rəhbərliyi Latviya səfirliyində oldu

AQC rəhbərliyi Latviya səfirliyində oldu
24.03.2026 11:10 Cəmiyyət

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuya ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə AQC sədrinin birinci müavini Fərid Rüstəmov və sədrin müşaviri İradə Şükürova iştirak ediblər. Səmimi atmosferdə keçən qəbul zamanı AQC rəhbərliyi tərəfindən səfirə qurumun ölkəmizdə qiymətləndirmə sektorunun təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atdığı strateji addımlar barədə geniş məlumat verilib.

Müzakirələrin əsas mövzularından birini Azərbaycan və Latviya arasındakı tarixi bağlar, iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri təşkil edib. Görüşdə xüsusilə Azərbaycanın daşınmaz əmlak bazarındakı dinamik artım tempinə, bu sahədə tətbiq edilən institusional islahatlara və şəffaflığın artırılmasına yönəlmiş dövlət siyasətinə toxunulub.

Vüqar Oruc qeyd edib ki, bu cür görüşlər Azərbaycan qiymətləndirmə bazarının Avropa təcrübəsindən bəhrələnməsi və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfir Edqars Skuya da öz növbəsində iqtisadiyyatın tərkib hissəsi olan qiymətləndirmə fəaliyyətinin inkişafının investisiya mühiti üçün vacibliyini vurğulayaraq, müzakirə olunan məsələlərin aktuallığını yüksək qiymətləndirib.

XƏBƏR LENTİ
01 IYUN 2026
Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 Bütün Xəbərlər