“Bu il Qüdsdə”: Netanyahunun dəvəti hansı mesajı verir?

“Bu il Qüdsdə”: Netanyahunun dəvəti hansı mesajı verir?
04.02.2026 17:53

İsrail və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlığa dair memorandumun imzalanmasından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə Qüdsə rəsmi səfər üçün dəvət göndərib.

Netanyahu Prezident İlham Əliyevin İsraildə çox isti qarşılanacağını bildirib.

İsrail Baş nazirinin “Biz həmişə deyirik: "Gələn il Qüdsdə". Ona deyin: "Bu il Qüdsdə" ifadəsi fonunda səsləndirilən dəvət, İsrailin Azərbaycanı Yaxın Şərqdə regional proseslərdə etibarlı dövlət tərəfdaşı kimi qəbul etdiyini göstərən siyasi mesaj kimi dəyərləndirilə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Ənvər Ağayev bildirib ki, İsraillə Azərbaycan arasında münasibətlər etibarlı tərəfdaşlıq üzərində qurulub və bu əməkdaşlıq real nəticələr verib.


“İkinci Qarabağ müharibəsində İsrail Azərbaycana açıq şəkildə dəstək göstərib. Torpaqlarımızın qısa müddətdə erməni işğalçılarından azad olunmasında İsrailin ölkəmizə satdığı kamikadze dronlarının xüsusi rolu oldu. Bu, sadəcə hərbi əməkdaşlıq deyil, strateji tərəfdaşlığın real göstəricisidir”.

Politoloqun sözlərinə görə, İsrail beynəlxalq təşkilatlarda da Azərbaycanın haqlı mövqeyinə daim dəstək verib:

“İsrail beynəlxalq platformalarda Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edib. Hətta İsrailin Baş naziri Benyamin Netanyahu erməni jurnalistin müasir silahların Ermənistana satılmaması, Azərbaycanla isə hərbi əməkdaşlıq barədə sualına diplomatik ifadələrdən kənar, tam açıq şəkildə cavab verərək “Azərbaycan qardaş ölkədir” deyib. Bu açıqlama Azərbaycan–İsrail münasibətlərinin mahiyyətini aydın şəkildə ortaya qoyur”.

Ənvər Ağayev diqqətə çatdırıb ki, Azərbaycan regional sülh və dialoq proseslərində də fəal rol oynayır:

“Azərbaycan qardaş ölkə Türkiyə ilə İsrail, eləcə də Suriya–İsrail münasibətlərinin yaxşılaşması üçün vasitəçilik edib. Bu, Bakının regionda balanslaşdırılmış və məsuliyyətli siyasət yürütməsinin göstəricisidir. Eyni zamanda İsraillə Azərbaycan arasında iqtisadi əlaqələr də günbəgün genişlənir”.

Ekspert qeyd edib ki, İsrail Baş nazirinin Azərbaycana dəvəti və səfərin reallaşması gələcək münasibətlərə ciddi töhfə verə bilər:

“Bu səfər təkcə Azərbaycan–İsrail münasibətləri üçün deyil, eyni zamanda Türkiyə–İsrail münasibətlərinin normallaşması baxımından da əhəmiyyətli ola bilər”.

Politoloq əlavə edib ki, Azərbaycan–İsrail əlaqələrinin inkişafı bəzi regional aktorları narahat edir:

“Sözsüz ki, bu münasibətlərin güclənməsi Azərbaycanın cənub qonşusunu narahat edir və zaman-zaman Azərbaycana qarşı böhtan xarakterli ittihamlar səsləndirilir. Amma Azərbaycan dəfələrlə bəyan edib ki, İsrail və ya hər hansı digər ölkə ilə əməkdaşlıq üçüncü tərəfə qarşı yönəlməyib”.

Analitik Azərbaycanın yalnız regional problemlərin sülh və diplomatik yollarla həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb:

“Hətta 12 günlük İsrail–İran müharibəsi zamanı guya İsrailin İrana zərbə endirmək üçün Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı ittihamlar səsləndirildi. Lakin bu iddialar üzrə heç bir fakt təqdim olunmadı. Daha sonra İran rəsmiləri bu ittihamların heç bir əsasının olmadığını etiraf etdi”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
"Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 Bütün Xəbərlər