“Bu il Qüdsdə”: Netanyahunun dəvəti hansı mesajı verir?

“Bu il Qüdsdə”: Netanyahunun dəvəti hansı mesajı verir?
04.02.2026 17:53 Təhlil

İsrail və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlığa dair memorandumun imzalanmasından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə Qüdsə rəsmi səfər üçün dəvət göndərib.

Netanyahu Prezident İlham Əliyevin İsraildə çox isti qarşılanacağını bildirib.

İsrail Baş nazirinin “Biz həmişə deyirik: "Gələn il Qüdsdə". Ona deyin: "Bu il Qüdsdə" ifadəsi fonunda səsləndirilən dəvət, İsrailin Azərbaycanı Yaxın Şərqdə regional proseslərdə etibarlı dövlət tərəfdaşı kimi qəbul etdiyini göstərən siyasi mesaj kimi dəyərləndirilə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Ənvər Ağayev bildirib ki, İsraillə Azərbaycan arasında münasibətlər etibarlı tərəfdaşlıq üzərində qurulub və bu əməkdaşlıq real nəticələr verib.


“İkinci Qarabağ müharibəsində İsrail Azərbaycana açıq şəkildə dəstək göstərib. Torpaqlarımızın qısa müddətdə erməni işğalçılarından azad olunmasında İsrailin ölkəmizə satdığı kamikadze dronlarının xüsusi rolu oldu. Bu, sadəcə hərbi əməkdaşlıq deyil, strateji tərəfdaşlığın real göstəricisidir”.

Politoloqun sözlərinə görə, İsrail beynəlxalq təşkilatlarda da Azərbaycanın haqlı mövqeyinə daim dəstək verib:

“İsrail beynəlxalq platformalarda Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edib. Hətta İsrailin Baş naziri Benyamin Netanyahu erməni jurnalistin müasir silahların Ermənistana satılmaması, Azərbaycanla isə hərbi əməkdaşlıq barədə sualına diplomatik ifadələrdən kənar, tam açıq şəkildə cavab verərək “Azərbaycan qardaş ölkədir” deyib. Bu açıqlama Azərbaycan–İsrail münasibətlərinin mahiyyətini aydın şəkildə ortaya qoyur”.

Ənvər Ağayev diqqətə çatdırıb ki, Azərbaycan regional sülh və dialoq proseslərində də fəal rol oynayır:

“Azərbaycan qardaş ölkə Türkiyə ilə İsrail, eləcə də Suriya–İsrail münasibətlərinin yaxşılaşması üçün vasitəçilik edib. Bu, Bakının regionda balanslaşdırılmış və məsuliyyətli siyasət yürütməsinin göstəricisidir. Eyni zamanda İsraillə Azərbaycan arasında iqtisadi əlaqələr də günbəgün genişlənir”.

Ekspert qeyd edib ki, İsrail Baş nazirinin Azərbaycana dəvəti və səfərin reallaşması gələcək münasibətlərə ciddi töhfə verə bilər:

“Bu səfər təkcə Azərbaycan–İsrail münasibətləri üçün deyil, eyni zamanda Türkiyə–İsrail münasibətlərinin normallaşması baxımından da əhəmiyyətli ola bilər”.

Politoloq əlavə edib ki, Azərbaycan–İsrail əlaqələrinin inkişafı bəzi regional aktorları narahat edir:

“Sözsüz ki, bu münasibətlərin güclənməsi Azərbaycanın cənub qonşusunu narahat edir və zaman-zaman Azərbaycana qarşı böhtan xarakterli ittihamlar səsləndirilir. Amma Azərbaycan dəfələrlə bəyan edib ki, İsrail və ya hər hansı digər ölkə ilə əməkdaşlıq üçüncü tərəfə qarşı yönəlməyib”.

Analitik Azərbaycanın yalnız regional problemlərin sülh və diplomatik yollarla həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb:

“Hətta 12 günlük İsrail–İran müharibəsi zamanı guya İsrailin İrana zərbə endirmək üçün Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı ittihamlar səsləndirildi. Lakin bu iddialar üzrə heç bir fakt təqdim olunmadı. Daha sonra İran rəsmiləri bu ittihamların heç bir əsasının olmadığını etiraf etdi”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bütün Xəbərlər