Miqrantlar üzərək Mərakeşdən İspaniyaya keçdi

Miqrantlar üzərək Mərakeşdən İspaniyaya keçdi
28.07.2025 09:50 Dünya

İspaniyanın Şimali Afrikadakı eksklavı sayılan Seutaya Mərakeşdən üzərək keçməyə çalışan 54-ü uşaq, 30-u isə yetkin olmaqla ümumilikdə 84 miqrant görüntülənib.

TodayPress TV xəbər verir ki, bu barədə "RTVE" məlumat yayıb.

Onlardan əksəriyyəti Avropa İttifaqı (Aİ) ərazisinə daxil olmağı bacarıb. Yerli hakimiyyət isə Madridə müraciət edərək dəstək istəyib.

Hazırda miqrantlar müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilib. Bölgə administrasiyası isə artan miqrasiya təzyiqi fonunda İspaniya hökumətindən təcili dəstək tələb edir.

Töhfə Səməd

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər