Rusiyada 5 ildən sonra İLK: Putinin jesti Trampa yönəldi

Rusiyada 5 ildən sonra İLK: Putinin jesti Trampa yönəldi
05.07.2025 18:00 Təhlil

"Rusiya Prezidenti Vladimir Putinin Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etməsi təkcə protokol xarakterli bir jest deyil, həm də müxtəlif mesajlar ehtiva edən və siyasi məna daşıyan bir addım kimi qiymətləndirilməlidir".

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, diqqətə çatdırıb ki, ABŞ və Rusiya arasında münasibətlər uzun müddətdir ki, gərgindir:

"Cozef Baydenin hakimiyyəti dövründə Ukraynaya açıq hərbi dəstək fonunda bu münasibətlər daha da pisləşdi. Donald Trampın birinci prezidentliyi dövründə də əlaqələr o qədər də yaxşı deyildi. Çünki Rusiyanın Ukraynaya təcavüzündən əvvəl ABŞ tərəfindən tətbiq olunan ən sərt və çoxsaylı sanksiyalar məhz Trampın prezidentliyi dövründə gerçəkləşmişdi. Bununla belə, həmin vaxt Rusiya diplomatik protokol qaydalarına uyğun olaraq müvafiq təbrik məktubları ünvanlayırdı. Çünki iqtisadi sanksiyalar olsa da, açıq hərbi qarşıdurma yox idi və nəticədə Rusiya da diplomatik etiketə əməl edərək ABŞ-yə təbrik məktubları göndərirdi. Lakin sonradan vəziyyət dəyişdi və nəticədə nə Rusiya ABŞ-ni, nə də ABŞ Rusiyanı müvafiq bayramlarda təbrik etdi".

Ekspert hazırda vəziyyətin dəyişdiyini qeyd edib:

"Tramp administrasiyası Rusiya ilə danışıqlar aparır. İki ölkə arasında yaxınlaşma və müəyyən əməkdaşlıq imkanlarının müzakirəsi gündəmdədir. Həmçinin ABŞ-nin Ukraynaya dəstəyi əvvəlki səviyyədə deyil. Son günlərdə Ukraynaya silah və texnika göndərilməsinin dayandırılması ilə bağlı yayılan məlumatlar fonunda Rusiyanın ABŞ-nin Müstəqillik Gününü təbrik etməsi bir neçə məqamı özündə ehtiva edir.

Birincisi, Rusiya bu addımı ilə ABŞ-yə danışıqlarda və əməkdaşlıqda maraqlı olduğunu göstərmək istəyir. İkincisi, Vladimir Putin Qərb ölkələrinin hamısının Rusiyaya eyni prizmadan baxmadığını nümayiş etdirməyə çalışır. Təbrik məktubu ilə ABŞ-yə mesaj verilir ki, biz Avropa İttifaqının Ukraynaya açıq dəstək verən ölkələrindən fərqli olaraq, sizinlə gələcək əməkdaşlığa maraqlıyıq".

Analitikə görə, bu təbrik həm də daxili auditoriyaya hesablanıb:

"Rusiyada Qərbin Rusiyaya qarşı birləşməsi və ölkənin beynəlxalq təcrid vəziyyətinə düşməsi cəmiyyətdə birmənalı qarşılanmır. İnsanlar bunu açıq şəkildə dilə gətirməsələr də, daxildə narahatlıq hiss olunur. Putin göstərmək istəyir ki, Rusiya Qərbin bütün ölkələri ilə düşmən deyil; ABŞ kimi bir güc var ki, Rusiyanın mövqeyini anlayır.

Nəticə etibarilə, bu təbrik məktubu təkcə protokol xarakterli bir jest deyil, həm də müxtəlif mesajlar ehtiva edən və siyasi məna daşıyan bir addım kimi qiymətləndirilməlidir".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin telefon danışığında amerikalı həmkarı Donald Trampı ABŞ-nin Müstəqillik Günü münasibətilə şəxsən təbrik edib. Onun bu kontekstə Ağ Ev rəhbərini təbrik etməsi son beş ildə ilkdir. Sonuncu dəfə Vladimir Putin ABŞ prezidentini milli bayram münasibətilə 2020-ci ilin iyulunda təbrik edib

Qiymət Mahir

FOTOLAR

Rusiyada 5 ildən sonra İLK: Putinin jesti Trampa yönəldi — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Bütün Xəbərlər