“Paşinyan hakimiyyəti yekun sülhə bu səbəbdən maraqlıdır” – ŞƏRH

“Paşinyan hakimiyyəti yekun sülhə bu səbəbdən maraqlıdır” – ŞƏRH
10.07.2025 17:10 Təhlil

“Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyəti Rusiyaya bağlı casus şəbəkəsini neytrallaşdırmaq və Azərbaycanla yekun sülh sazişini imzalamaq üçün paralel şəkildə hərəkət edir”. 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyanın hakimiyyəti hazırda iki əsas hədəf üzərində fəaliyyət göstərir:

“İlk növbədə Rusiyanın Ermənistandakı casus şəbəkəsini sıradan çıxarmağa çalışır. Bu şəbəkəyə erməni kilsəsi, keçmiş "Qarabağ klanı" və Rusiyaya bağlı oliqarxiya daxildir. Paşinyan hakimiyyəti hazırda həm erməni kilsəsini, həm oliqarxiyanı, həm də Qarabağ klanını zəiflədərək neytrallaşdırmağa səy göstərir. 

Əgər bu məqsədə nail olunarsa, Paşinyan hakimiyyətinin Azərbaycanla yekun sülh sazişini imzalaması daha real görünə bilər. Çünki Rusiyanın bu casus şəbəkəsi sülh sazişinin imzalanmasına ciddi müqavimət göstərir. Xüsusilə də sazişin imzalanmasından əvvəl Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların ləğvi məsələsinə sərt reaksiya verilir. Halbuki bu müddəalar dəyişdirilmədən sülh sazişinin imzalanması mümkün deyil.

Buna görə də Paşinyan hakimiyyəti həm öz siyasi mövqeyini qorumaq, həm də yekun sülh sazişinin imzalanmasını təmin etmək üçün Rusiyanın casus şəbəkəsini neytrallaşdırmağa çalışır. Son mərhələdə isə Paşinyan hökuməti Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı görünür. Əgər bu baş verərsə, Rusiya Cənubi Qafqazda münaqişə yaratmaq üçün istifadə etdiyi mühüm bir alətdən məhrum olacaq və bununla da bölgədəki təsir imkanlarını demək olar ki, itirəcək.

Bu səbəbdən Paşinyan hakimiyyəti yekun sülh sazişinin imzalanması istiqamətində müəyyən addımlar atmağa çalışır və bu istiqaməti doğru hesab edir. Hətta Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu tez-tez vurğulamağa başlayıb. Bu da onu göstərir ki, Paşinyan hökuməti artıq Konstitusiyada dəyişiklik etməyə və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaları ləğv etməyə qərar verib".

Analitik sadalanan məsələlər fonunda Nikol Paşinyanın hakimiyyətdə qala biləcəyini düşünür:

"Təbii ki, əgər bütün bunlar həyata keçərsə və Paşinyan bu hədəflərinə nail olarsa, onun hakimiyyətinin ömrü uzana bilər. Ermənistan blokadadan çıxarılmış olar, Rusiyanın təsiri zəifləyər və ölkə daha müstəqil inkişaf imkanı əldə edə bilər. Bu baxımdan demək olar ki, Azərbaycanla yekun sülh sazişinin imzalanması həm Ermənistanın, həm də Paşinyan hakimiyyətinin maraqlarına tam şəkildə uyğundur".

Qeyd edək ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. 

Qiymət Mahir

FOTOLAR

“Paşinyan hakimiyyəti yekun sülhə bu səbəbdən maraqlıdır” – ŞƏRH — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Bütün Xəbərlər