Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır

Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır
05.06.2026 19:30 Dünya

Finlandiyanın müdafiə naziri Antti Hyakkanen respublikada NATO-nun Qabaqcıl Quru Qüvvələrinin (FLF Finland) yaradıldığını elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin press-relizində qeyd edilib.

"FLF Finland"ın yaradılması Finlandiyanın şimal cinahının və bütün ittifaqın gücləndirilməsində mühüm addımdır. Biz bu hədəfi nazirlər səviyyəsində, hərbi rəhbərlik arasında və NATO-nun müxtəlif institutlarında qətiyyətlə irəli sürmüşük", - deyə nazir bildirib.

Onun sözlərinə görə, icra prosesi sürətlə irəliləyib və qüvvələr rəsmi olaraq yaradılacaq.

Məlumata görə, "FLF Finland"ın nüvəsini təxminən 600 hərbçidən ibarət İsveç batalyon döyüş qrupu təşkil edir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər