“Paşinyan hakimiyyəti yekun sülhə bu səbəbdən maraqlıdır” – ŞƏRH

“Paşinyan hakimiyyəti yekun sülhə bu səbəbdən maraqlıdır” – ŞƏRH
10.07.2025 17:10 Təhlil

“Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyəti Rusiyaya bağlı casus şəbəkəsini neytrallaşdırmaq və Azərbaycanla yekun sülh sazişini imzalamaq üçün paralel şəkildə hərəkət edir”. 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyanın hakimiyyəti hazırda iki əsas hədəf üzərində fəaliyyət göstərir:

“İlk növbədə Rusiyanın Ermənistandakı casus şəbəkəsini sıradan çıxarmağa çalışır. Bu şəbəkəyə erməni kilsəsi, keçmiş "Qarabağ klanı" və Rusiyaya bağlı oliqarxiya daxildir. Paşinyan hakimiyyəti hazırda həm erməni kilsəsini, həm oliqarxiyanı, həm də Qarabağ klanını zəiflədərək neytrallaşdırmağa səy göstərir. 

Əgər bu məqsədə nail olunarsa, Paşinyan hakimiyyətinin Azərbaycanla yekun sülh sazişini imzalaması daha real görünə bilər. Çünki Rusiyanın bu casus şəbəkəsi sülh sazişinin imzalanmasına ciddi müqavimət göstərir. Xüsusilə də sazişin imzalanmasından əvvəl Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların ləğvi məsələsinə sərt reaksiya verilir. Halbuki bu müddəalar dəyişdirilmədən sülh sazişinin imzalanması mümkün deyil.

Buna görə də Paşinyan hakimiyyəti həm öz siyasi mövqeyini qorumaq, həm də yekun sülh sazişinin imzalanmasını təmin etmək üçün Rusiyanın casus şəbəkəsini neytrallaşdırmağa çalışır. Son mərhələdə isə Paşinyan hökuməti Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı görünür. Əgər bu baş verərsə, Rusiya Cənubi Qafqazda münaqişə yaratmaq üçün istifadə etdiyi mühüm bir alətdən məhrum olacaq və bununla da bölgədəki təsir imkanlarını demək olar ki, itirəcək.

Bu səbəbdən Paşinyan hakimiyyəti yekun sülh sazişinin imzalanması istiqamətində müəyyən addımlar atmağa çalışır və bu istiqaməti doğru hesab edir. Hətta Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu tez-tez vurğulamağa başlayıb. Bu da onu göstərir ki, Paşinyan hökuməti artıq Konstitusiyada dəyişiklik etməyə və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaları ləğv etməyə qərar verib".

Analitik sadalanan məsələlər fonunda Nikol Paşinyanın hakimiyyətdə qala biləcəyini düşünür:

"Təbii ki, əgər bütün bunlar həyata keçərsə və Paşinyan bu hədəflərinə nail olarsa, onun hakimiyyətinin ömrü uzana bilər. Ermənistan blokadadan çıxarılmış olar, Rusiyanın təsiri zəifləyər və ölkə daha müstəqil inkişaf imkanı əldə edə bilər. Bu baxımdan demək olar ki, Azərbaycanla yekun sülh sazişinin imzalanması həm Ermənistanın, həm də Paşinyan hakimiyyətinin maraqlarına tam şəkildə uyğundur".

Qeyd edək ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. 

Qiymət Mahir

FOTOLAR

“Paşinyan hakimiyyəti yekun sülhə bu səbəbdən maraqlıdır” – ŞƏRH — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bütün Xəbərlər